UEFA Ukrayna klubunu Konfrans Liqasından kənarlaşdırıb
Bakı, 23 iyul, AZƏRTAC
UEFA Ukraynanın “Dnepr-1” komandasını Konfrans Liqasından kənarlaşdırıb.
AZƏRTAC Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna klubun iflasa uğramaq təhlükəsi ilə üz-üzə qalması səbəb olub. Turnirin II təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiyası” komandası ilə qarşılaşmalı olan Ukrayna təmsilçisinə texniki məğlubiyyət verib.
Komanda daha əvvəl analoji səbəbdən Ukrayna Premyer Liqasından uzaqlaşdırılıb.
Qeyd edək ki, 2015-ci ildə əsası qoyulan “Dnepr-1” fəaliyyətini dayandıra bilər.
Bundesliqanın 13-cü turunun açılış matçında "Volfsburq" səfərdə məğlub olub
Boccia üzrə respublika ikincisi: Ölkəmizi daha böyük arenalarda təmsil edəcəyimə inanıram
Ukrayna yığmasının baş məşqçisi: Azərbaycan millisinə qarşı səfərdə oynamaq çətin olacaq
Fernandu Santuş: İndi daha vacibi rəqibləri yaxından tanımaqdır
Arif Əsədov: Millimiz qrupda 2-3-cü yerlər uğrunda mübarizə apara bilər