×
A
A
A
Sazlamalar

Hacıqabulda pnevmoniyaya yoluxan körpə ölüb

Hacıqabul, 23 iyul, Aydın Yavərzadə, AZƏRTAC

Hacıqabul rayonunda pnevmoniyaya yoluxan körpənin həyatını xilas etmək mümkün olmayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Hacıqabul rayonu Nəvahi kəndi ərazisində qeydə alınıb.
Türkiyə vətəndaşı 2022-ci il təvəllüdlü Rəhimoğlu Damla həkiməqədər ölmüş halda xəstəxanaya çatdırılıb. Uşağın pnevmoniyadan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-07-23 13:08:00