® “Azercell” Milli Mətbuat və Jurnalistika Günü münasibətilə media nümayəndələrini təbrik edir
Bu gün Azərbaycan mətbuatı 149 illiyini qeyd edir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin böyük səyi nəticəsində Azərbaycan jurnalistikasının bayraqdarı, anadilli ilk mətbu orqan olan “Əkinçi” qəzeti nəşrə başlayıb.
Milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbuatımıza böyük önəm verən ölkənin lider mobil operatoru “Azercell Telekom” jurnalistləri bu əlamətdar gün münasibətilə xüsusi şəkildə təbrik edib. “Mediacell” tarifinin bütün istifadəçiləri və 2-ci Qarabağ müharibəsində iştirak etmiş media əməkdaşlarına “Azercell”dən hədiyyə olaraq 5GB mobil internet paketi təqdim olunub.
5GB həcmində mobil internetdən yükləndiyi gündən etibarən bir ay (30 gün) ərzində istifadə etmək mümkündür. Ətraflı məlumat üçün https://www.azercell.com/az/about-us/press-releases/news/milli-mtbuat-v-jurnalistika-gene-kampaniyasi.html səhifəsinə keçid ala bilərsiniz.
Qeyd edək ki, “Azercell Telekom” işğaldan azad edilmiş ərazilərdə vəzifə borcunu yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmış Məhərrəm İbrahimov və Sirac Abışovun əziz xatirəsini də daim dərin ehtiramla yad edir.
“Azercell” bütün media nümayəndələrini peşə bayramı münasibətilə təbrik edir, onlara vacib və məsuliyyətli işlərində uğurlar arzulayır! https://www.youtube.com/watch?v=d8dU8JsxF0c
® “Unibank” “Əjdaha” lotereyasının qaliblərinə hədiyyələri təqdim edib
Son 10 ildə Orta Dəhlizlə daşınan avtotexnika və vaqon sayı iki dəfədən çox artıb
Bakı metrosunun iş vaxtı 1 saat uzadılacaq
İran və Azərbaycan tranzit yükdaşımaların həcminin 15 milyon tona çatdırılması barədə razılaşıb