İstanbulda meşə yanğını, Türkiyənin müvafiq qurumları səfərbər edilib
İstanbul, 21 iyul, Günel Karatepe, AZƏRTAC
İstanbulun məşhur Aydos meşələrində yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, İstanbul Valiliyi hadisə ilə bağlı yazılı açıqlama yayıb.
Açıqlamada bildirilir ki, yerli vaxtla saat 14:00 radələrində İstanbulun Pendik bölgəsində yerləşən Aydos meşələrində başlayan yanğına şəhərin meşə təsərrüfatı baş idarəsi və digər aidiyyəti qurumlar tərəfindən müdaxilə edilir. Yanğının qarşısının alınması üçün bölgəyə iki xüsusi təyyarə, dörd helikopter, eləcə də AFAD başda olmaqla bütün müvafiq qurumların əməkdaşlarının daxil edildiyi 159 nəfərdən ibarət 78 qrup cəlb olunub. Küləyin təsiri nəticəsində yanğın sürətlə yayılıb və dörd hektar meşə ərazisi zərər görüb.
Yanğınla bağlı ölkə mətbuatında yer alan xəbərlərdə alovun yaşayış bölgələrinə yaxınlaşdığı bildirilir.
Useyn Bolt Belqradda keçiriləcək “Expo 2027” sərgisinin səfiri olub
Qazaxıstan və Çin nüvə energetikası sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaq
“BigPicture” fotomüsabiqəsinin qalibləri müəyyən edilib
Qırğızıstan və Çin əməkdaşlığı genişləndirir
Türkiyənin naziri İran qazının tədarükü ilə əlaqədar fasilələrin olmadığını bildirib