MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
Bakı, 21 iyul, AZƏRTAC
İyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, - deyə qeyd olunub.
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub VİDEO
Nazirlik: Ermənistan silahlı qüvvələri növbəti dəfə mövqelərimizi atəşə tutub
Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub VİDEO
Hərbi hissələrdə "Konstitusiya və Suverenlik İli" ilə bağlı birgə tədbirlər keçirilib