Marneulidə Beynəlxalq Şahmat Gününə həsr olunmuş turnir keçirilib
Tbilisi, 21 iyul, AZƏRTAC
Marneulidəki “Tea House”, “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Beynəlxalq Şahmat Gününə həsr olunmuş turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə Marneuli, Bolnisi və Saqareco rayonlarından 47 nəfər müxtəlif yaş kateqoriyalarına aid həvəskar şahmatçı iştirak edib.
Maraqlı və gərgin mübarizə şəraitində keçən turnirdə 8-12 yaş qrupundan Marneuli rayonunun Kürdlər kəndinin yetirməsi, Məhəmməd Şərəyev 5 balla I, “Tea House”nin yetirmələri Əli Əliyev 4 balla II, Timur Kələyev isə 4 balla III yerə çıxıblar.
12 və yuxarı yaş kateqoriyasından olan şahmatçıların mübarizəsində “Tea House”un yetirmələri Cahandar Bayramov 4,5 balla I, Tacir Allahverdiyev 4,5 balla II, Bəxtiyar Məmmədov isə 4 balla III yerə çıxıblar. Qaliblərə diplom və medallar təqdim olunub.
Fransa Kuboku: "Lion" V liqa komandasına məğlub olaraq mübarizəni dayandırıb
İspaniya Kral Kubokunda iki komanda növbəti mərhələyə yüksəlib
Juninyo: "Flamenqo"nu ən yaxşı şəkildə təmsil etməyə çalışacağam
Juninyo: "Qarabağ"dan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılıram
"Qarabağ" Juninyonun "Flamenqo"ya keçdiyini açıqlayıb - RƏSMİ