Azərbaycan klubu Qubada keçirilən beynəlxalq basketbol turnirində mübarizəni dayandırıb
Quba, 20 iyul, AZƏRTAC
Azərbaycanın 3x3 qadınlardan ibarət “Baku Fleyms” basketbol komandası Qubada keçirilən Dünya Qadın Seriyası ilə vidalaşıb.
AZƏRTAC xəbər verir ki, A qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi növbəti mərhələyə adlaya bilməyib. Komandamız qrupda Niderland, Çin U-24 və Avstraliyaya məğlub olub. Qeyd edək ki, Dünya Seriyasının Quba mərhələsinə iyulun 21-də yekun vurulacaq.
Türkiyəli məşhur voleybolçu Rusiya klubundan ayrılıb
Karlo Ançelotti: Dörd ildə 11 titul, bu, öz sözünü deyir