×
A
A
A
Sazlamalar

Azərbaycanın basketbol klubu beynəlxalq turnirdə ilk oyununu keçirib

Quba, 20 iyul, AZƏRTAC

Basketbolun 3x3 növü üzrə Qadın Seriyasının Quba mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, A qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi “Baku Fleyms” ilk oyunda Niderland komandası ilə üz-üzə gəlib. Görüş rəqibin 21:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan təmsilçisi növbəti matçını bu gün saat 18:10-da Çinin U-14 kollektivinə qarşı keçirəcək.
Qeyd edək ki, Dünya Seriyasının Quba mərhələsinə iyulun 21-də yekun vurulacaq.

İdman 2024-07-20 17:12:00