Laçında Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə keçiriləcək
Laçın, 20 iyul, Aydın Yavərzadə, AZƏRTAC
İyulun 27-də Laçın şəhərində Məhəbbət Kazımovun həyat və yaradıcılığına həsr olunan ədəbi-bədii gecə təşkil olunacaq. Tədbir Laçın şəhərinin Həkəri bulvarında, açıq havada baş tutacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ədəbi-bədii gecədə müğənninin ailəsi, sənət dostları, söz adamları və Beynəlxalq Muğam Mərkəzinin solistləri iştirak edəcəklər.
Tədbirdə müğənni haqqında xatirələr söyləniləcək, ifa etdiyi mahnılar səsləndiriləcək, Azərbaycan Dövlət Televiziyasının arxivlərində qorunan nadir videokadrlar nümayiş olunacaq. Həmçinin səhnənin yanında Məhəbbət Kazımovun şəxsi əşyalarının sərgiləndiyi xüsusi guşə yaradılacaq.
“Məhəbbətlə...” adlı gecə ənənəvi xatirə gecələrindən fərqlənəcək. Belə ki, burada süni intellektdən istifadə olunacaq və müasir aranjimanlar təqdim ediləcək.
Xocalıda Novruz konserti keçirilib VİDEO
Naxçıvanda hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq edilib
Kəngərli rayonunda yaşayış evində yanğın olub
Gəncədə Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib