×
A
A
A
Sazlamalar

Türkiyə Müdafiə Nazirliyi: Kipr türklərini heç vaxt tək qoymayacağıq

Ankara, 20 iyul, AZƏRTAC

Türkiyə Kipr türklərini heç vaxt tək qoymayıb və qoymayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin Kiprdə sülhməramlı əməliyyatın başlanmasının 50-ci ildönümü ilə əlaqədar şənbə günü sosial şəbəkələrdə paylaşdığı məlumatında deyilir.
Nazirlikdə vurğulayıblar ki, Türkiyə ordusunun müdaxiləsi sayəsində yarım əsr əvvəl “Kipr türklərinin qeyri-insani qətlləri” dayandırılıb və adada sülh, təhlükəsizlik və əmin-amanlıq bərqərar olub.
“Türkiyə Silahlı Qüvvələrinin Kiprdəki sülhməramlı əməliyyatı zamanı həlak olan bütün şəhidlərin xatirəsini dərin ehtiramla yad edir, qazilərə cansağlığı və uzun ömür arzulayırıq”, - deyə bəyanatda vurğulanır.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2024-07-20 12:28:00