Milli Müdafiə Universitetində ingilis dili üzrə təməl səviyyə kursunun buraxılış mərasimi keçirilib
Bakı, 20 iyul, AZƏRTAC
Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutunun Xarici dil mərkəzində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları ilə keçirilən intensiv ingilis dili üzrə təməl səviyyə kursunun buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bağlanış mərasimində HHQ və Hərbi İdarəetmə İnstitutunun rəhbərliyi çıxış edərək kursu müvəffəqiyyətlə başa vurmuş dinləyiciləri təbrik edib. Kurs müddətində dinləyicilərin ingilis dilini mənimsəməsində əməyi olan Xarici dil mərkəzinin müəllim-pedaqoq heyətinə, o cümlədən kurs üçün ölkəmizə Türkiyədən dəvət olunmuş hərbi təlimatçılara dərin minnətdarlıq bildirilib.
Sonda kursu başa vurmuş hərbi qulluqçulara sertifikatlar təqdim edilib.
Mərkəzi Hərbi Poliklinikada simpozium: tibbi elmi araşdırmalar təqdim edilib
“Qış təlimi-2025”in “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib
Ağdərədə silah-sursat aşkar edilib
“Qərargah zabiti kursu”nun buraxılışı olub VİDEO
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib VİDEO