×
A
A
A
Sazlamalar

"İpək yolları gənclərin gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyatın vaxtı uzadılıb

Bakı, 19 iyul, AZƏRTAC

Məşhur fotoqraf Reza Deqatinin təşəbbüsü və UNESCO-nun təşkilatçılığı ilə yaradılan “İpək yolları gənclərin gözü ilə” (Youth Eyes on the Silk Roads) adlı fotomüsabiqə artıq 6-cı ildir keçirilir.
AZƏRTAC xəbər verir ki, mayın 2-də işlərin təqdim edilməsi üçün açıq elan olunan müsabiqəyə qeydiyyat üçün son tarix avqustun 5-dək uzadılıb.
Müsabiqəyə 14-17 və 18-25 yaş kateqoriyasında olan yeniyetmə və gənc fotoqraflar müraciət edə bilərlər.
Müsabiqə qaliblərinə qiymətli hədiyyələr veriləcək və müsabiqə ruhunu ən yaxşı şəkildə əks etdirən fotoşəkillərin səyyar sərgisi müxtəlif ölkələrdə nümayiş etdiriləcək, fotoşəkillər peşəkar fotoalbomda dərc olunacaq.
Əlavə məlumatı buradan almaq mümkündür.

Mədəniyyət 2024-07-19 17:52:00