Süveyş kanalının illik gəliri iki milyard dollar azalıb
Bakı, 19 iyul, AZƏRTAC
Süveyş kanalının illik gəliri keçən maliyyə ilində təxminən dörddəbir dəfə azalıb.
AZƏRTAC xəbər verir ki, kanalın administrasiyasının rəhbəri Usama Rabinin sözlərinə görə, gəlir əvvəlki ildəki 9,4 milyard dollardan 2023/2024-cü maliyyə ilində 7,2 milyard dollara düşüb.
Bildirilib ki, bəzi yükgöndərənlər Qırmızı dənizdə husilərin hücumlarından yayınmaq üçün alternativ marşrutlara keçiblər.
U.Rabi kanaldan istifadə edən gəmilərin sayının bir il əvvəl kanaldan keçən 25 911 gəmi ilə müqayisədə 20 148-ə düşdüyünü bildirib.
Süveyş kanalı Misir üçün əsas valyuta mənbəyidir və səlahiyyətli orqanlar son illərdə onun gəlirlərini artırmağa çalışırlar.
Belarusda prezident seçkiləri ilə bağlı səsvermə keçirilir
Şimali Koreya yeni raket sınağı keçirib
Beynin özünübərpa potensialının xəritəsi tərtib edilib - TƏDQİQAT
İlon Mask ifrat sağçı AfD-nin seçki kampaniyasına qoşulub
ABŞ-da qaçqınlara yardım edən təşkilatlara vəsait ayrılması dayandırılıb