×
A
A
A
Sazlamalar

Paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 19-da saat 00:00-dan iyulun 22-si saat 06:00-dək Bakı şəhərinin Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsində (Təbriz küçəsi ilə kəsişmədən Şah İsmayıl Xətai prospektinə qədər) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

İqtisadiyyat 2024-07-18 18:02:00