Bakının mərkəzində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb
Bakı, 18 iyul, AZƏRTAC
Xətai rayonunun Sarayevo küçəsi, 26 ünvanında dünən gecə saatlarında aparılan işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşlarının operativ müdaxiləsindən sonra dərhal dayandırılıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində sözügedən ünvanda yerləşən və sakinlərin səki sahəsi kimi istifadə etdiyi yaşıl zolaqda (100 kvadratmetrlik sahədə) özbaşına yüngül metal konstruksiyanın quraşdırılması faktı aşkarlanıb.
Müvafiq icazəverici sənədlər olmadan aparılan işlər bu gün Baş İdarə tərəfindən dayandırılaraq, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Həmçinin lazımi tədbirlərin görülməsi və ərazinin nəzarətdə saxlanılması məqsədilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanına rəsmi qaydada məktub ünvanlanıb və müvafiq göstərişlər verilib.
Söküntü işləri gün ərzində tam başa çatdırılaraq, ərazi yenidən sakinlərin istifadəsinə verilib.
Türkiyənin İğdır vilayətindən olan iş adamları Ağdam Sənaye Parkı ilə tanış olublar
Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır
Azərbaycan nefti 4 dollardan çox bahalaşıb
Növbəti Ro-Pax tipli gəmi-bərənin tikintisi plana uyğun davam edir