İtaliya Qəzzaya 60 tondan çox humanitar yardım göndərib
Roma, 18 iyul, AZƏRTAC
İtaliya hökuməti Qəzzaya 60 tondan çox humanitar yardım göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi məlumat yayıb.
Məlumata görə, humanitar yardım BMT-nin müvafiq təşkilatları ilə birgə həyata keçirilən “Qəzza üçün ərzaq” təşəbbüsü çərçivəsində yola salınıb. İtaliya hökuməti yük təyyarəsi ilə Qəzzaya çatdırılması üçün İordaniyanın paytaxtı Əmmana 60 tondan çox humanitar yardım göndərib. Buraya qida məhsulları, 150 ədəd çadır və gigiyenik vasitələr daxildir.
Həmçinin qeyd olunur ki, BMT təşkilatları Fələstin xalqını dəstəkləmək üçün maliyyə resurslarının artırılması layihələri üzərində işləyir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Qocalmanı yavaşladan dərman tapılıb - ARAŞDIRMA
Böyük Britaniya vətəndaşlarını İsraildən çıxarır
Papa Leo: Şəxsi həyat istənilən alqoritmdən daha üstündür
Diabet dərmanı miqrenə qarşı ümidverici nəticələr göstərib - ARAŞDIRMA
Ciorcia Meloni müxtəlif ölkələrin liderləri ilə Yaxın Şərqdəki böhranla bağlı müzakirələr aparıb