Sədr müavini: İlin sonunadək daha 5 regionda “KOB Fest”lərin təşkilini planlaşdırırıq
Şəki, 18 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “KOB Fest” sərgi-satış yarmarkalarının keçirilməsi artıq bir ənənə halına çevrilib. 2021-2022-ci ildən ölkəmizin müxtəlif regionlarında “KOB Fest”lər təşkil olunur. Şəkidə “KOB Fest” artıq ikinci dəfədir keçirilir. Bu ilin sonunadək daha 5 regionda “KOB Fest”lərin təşkilini planlaşdırırıq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri KOBİA-nın İdarə Heyəti sədrinin müavini Hikmət Məmmədov Şəkidə keçirilən “KOB Fest” sərgi-satış yarmarkasında jurnalistlərə açıqlaması zamanı deyib.
Qurumun rəsmisi bildirib ki, KOBİA bu il iyulun əvvəlində keçirilən “3-cü Milli Yaylaq Festivalı” çərçivəsində təşkil olunmuş “KOB Fest” sərgi-satış yarmarkasının da tərəfdaşı olub.
“Həmin yarmarkada KOB subyektləri tərəfindən hazırlanan şəbəkə sənəti, rəssamlıq, xalçaçılıq, taxta oyma, milli musiqi alətləri nümunələri və müxtəlif əl işləri nümayiş olunub. Bu yarmarkalar yerli sənətkarlara, mikro sahibkarlara, istehsalçılara imkan verir ki, onlar öz mal və məhsullarını, xidmətlərini tanıtsınlar, həm də satışını həyata keçirərək qazanc əldə etsinlər”, - deyə Hikmət Məmmədov vurğulayıb.
Xocalıda Novruz konserti keçirilib VİDEO
Naxçıvanda hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq edilib
Kəngərli rayonunda yaşayış evində yanğın olub
Gəncədə Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib