Nitsada yaşayış binasında yanğın: uşaqlar daxil olmaqla 7 nəfər həlak olub
Bakı, 18 iyul, AZƏRTAC
Üç uşaq və bir yeniyetmə daxil olmaqla, yeddi nəfər Nitsadakı yaşayış binasında gecə baş verən yanğında həlak olub.
AZƏRTAC “Economic Times”a istinadla xəbər verir ki, daha bir neçə nəfər yaralanıb, onlardan birinin vəziyyəti isə ağırdır. Yanğın Le-Mulen bölgəsindəki binanın 7-ci mərtəbəsində başlayıb, prokurorluq qəsdən yandırmanı mümkün səbəb kimi araşdırır. Yanğınsöndürənlər bildiriblər ki, onlar hadisə yerinə gələndə 7-ci mərtəbədəki mənzildə güclü yanğın başladığını görüblər.
“Nice-Matin” qəzetinin yazdığına görə, ölən 3 uşağın beş, yeddi və on yaşları olub.
Yanğından bir çox insan xilas ola bilib. Yanğın nərdivanının köməyi ilə binadan üç nəfər xilas edilib, alovun söndürülməsində isə 30-dan çox insan iştirak edib.
Ağ ev venesuelalı immiqrantların qanunsuz olaraq deportasiya edildiyinə dair iddiaları rədd edib
Ağ ev: Biz heç vaxt sülh razılaşmasına indiki qədər yaxın olmamışıq
Qazaxıstanda ilin əvvəlindən baş verən yanğınlarda 52 nəfər həlak olub
Avropa İttifaqı Suriyaya 2,5 milyard avro yardım etməyi öhdəsinə götürüb