×
A
A
A
Sazlamalar

Lefkoşada Türkiyə, Azərbaycan və ŞKTC-nin qadın sahibkarları arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq

Ankara, 18 iyul, AZƏRTAC
Cümə günü, iyulun 19-da Lefkoşada Türkiyə-Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qadın sahibkarlarının II Forumu keçiriləcək.
Türk Kiprinin Ticarət Palatasından AZƏRTAC-a bildirilib ki, forumun təşkilatçıları arasında Türkiyə Xarici İqtisadi Əlaqələr Şurası və Azərbaycanın Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) yer alıb.
ŞKTC Prezidenti Ersin Tatarın xanımı Sibel Tatar, ŞKTC-nin iqtisadiyyat və energetika naziri Olqun Amcaoğlu, KOBSKA İdarə Heyətinin sədri Nigar Ələsgərova və digərləri forum iştirakçılarına müraciət edəcəklər.
Daha sonra “Qadın sahibkarlıq sahəsində” mövzusunda panel müzakirələri keçiriləcək. İkitərəfli görüşlər də planlaşdırılıb.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Cəmiyyət 2024-07-18 17:03:00