ANAMA-nın kollektivi Ulu Öndərin məzarını ziyarət edib
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti və struktur bölmələrinin rəhbərləri Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 18 iyul tarixli Sərəncamı ilə təsis edilən ANAMA-nın 26-cı ildönümü ilə əlaqədar Ulu Öndərin xatirəsi ehtiramla yad olunub, məzarı önünə tər gül dəstələri qoyulub.
ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ziyarətçilər daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Son iki ayda sosial sahə üzrə 113 min elektron arayış verilib
Narkokuryerdən 13 kiloqram marixuana və həşiş aşkarlanaraq götürülüb VİDEO
Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib