Masallı Rayon Prokurorluğunda “Açıq qapı günü” təşkil edilib
Masallı, 18 iyul, İlkin Adıyev, AZƏRTAC
İctimaiyyətin prokurorluq orqanlarının fəaliyyətinə marağı nəzərə alınaraq, bu gün növbəti “Açıq qapı günü” təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Masallı Rayon Prokurorluğunun inzibati binasında keçirilmiş tədbirdə məqsəd prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, istifadədə olan kriminalistik texnika, habelə prokurorluğun tarixi keçmişi ilə media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini tanış etmək olub.
Qonaqlara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması, habelə ictimaiyyətlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər barədə danışılıb, habelə prokurorluq orqanlarında müvafiq olaraq həyata keçirilmiş hüquqi-institusional islahatlarla bağlı iştirakçılara məlumat verilib.
Tədbir zamanı Masallı rayon prokuroru Vəli Mustafayev və Baş Prokurorluğun əməkdaşı Kənan Zeynalov qurumun fəaliyyəti barədə dinləyicilərə ətraflı məlumat veriblər.
İştirakçılar inzibati bina, eləcə də kriminalistik texnika ilə tanış olub, onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.
Sonda xatirə fotoşəkli çəkdirilib.
Şəkidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb VİDEO
20 Yanvar faciəsinin 35-ci ildönümü Şirvan şəhərində silsilə tədbirlərlə qeyd olunub
Laçında “20 Yanvar – Bir gecənin əbədi yaddaşı” adlı anım mərasimi keçirilib
Lənkəranda Şəhidlər abidə kompleksi ziyarət olunub
Qazaxda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib