Astarada su hövzələrinin təmiz saxlanılması ilə bağlı regional müşavirə keçirilib
Astara, 18 iyul, AZƏRTAC
Astarada “Çimərliklərin təmiz saxlanılması və çimərlik operatorlarının göstərdiyi xidmət çeşidlərinin artırılması” mövzusunda regional müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin iştirakı ilə Astara şəhərində “Çimərliklərin təmiz saxlanılması və çimərlik operatorlarının göstərdiyi xidmət çeşidlərinin artırılması” mövzusunda regional müşavirə keçirilib. Müşavirədə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Astara Rayon İcra Hakimiyyətinin, Qida Təhlükəsizlik Agentliyinin Lənkəran-Astara Bölməsinin, Lənkəran Regional Turizm İdarəsinin, Astara rayon Gigiyena və Epidemiologiya Mərkəzinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin, çimərlik operatorlarının, təcili tibbi yardım stansiyasının və digər aidiyyəti qurumların məsul şəxsləri iştirak ediblər. Tədbirdə su hövzələrində keçirilən monitorinqlərin nəticələri barədə məlumat verilib, aşkar olunmuş nöqsanlar fotoslaydlarla nümayiş olunaraq onların aradan qaldırılması yolları geniş müzakirə edilib.
Çıxış edən natiqlər, həmçinin yay mövsümündə çimərliklərdə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları, maarifləndirmə işinin vəziyyəti, su hövzələrində həyata keçirilmiş aidiyyəti təhlükəsizlik tədbirləri, çimərlik ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində sanitar-epidemioloji vəziyyət və qida təhlükəsizliyi ilə bağlı məlumatlar verilib.
Sonda “Su hövzələrində təhlükəsizlik və davranış qaydaları”na dair videoçarx nümayiş etdirilib.
Salyanda “Mirzə Qədim İrəvani – 200” rəsm müsabiqəsinin qalibləri müəyyənləşib
Füzulidə “Molla Nəsrəddin” tamaşası nümayiş olunub
Naxçıvan bağlarının əvəzsiz barı - göycə təsərrüfatından REPORTAJ VİDEO
Lənkəranda Azərbaycan Retinoloqlarının 9-cu Konfransı keçirilib YENİLƏNİB VİDEO