Snayper tüfənglərindən praktiki atış çalışmaları üzrə toplanış keçirilib VİDEO
Bakı, 18 iyul, AZƏRTAC
Quru Qoşunlarının 2024-cü il üzrə hazırlıq planına uyğun olaraq, komando hərbi hissələrinin snayper bölükləri və snayper ixtisaslı hərbi qulluqçuları ilə ixtisas toplanışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toplanış çərçivəsində praktiki vərdişlərin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə hərbi qulluqçular snayper tüfənglərindən müxtəlif epizodlar üzrə praktiki atış çalışmaları yerinə yetiriblər.
Atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi, şərti düşmən hədəflərinin aşkarlanaraq məhv edilməsi üzrə tapşırıqlar yüksək peşəkarlıqla icra olunub.
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Səbrin sonuncu damlası - Tovuz döyüşləri
“Tərlan - 2025” PUA təlimi yekunlaşıb
Azərbaycan Ordusunda “Ən yaxşı IT mütəxəssisi” adı uğrunda yarış keçirilib