Balakəndə qəza törədən motosikletçi komaya düşüb
Balakən, 17 iyul, AZƏRTAC
Balakənin Kortala kəndində hərəkətdə olan motosiklet yoldan çıxaraq aşıb və sürücü nəqliyyat vasitəsinin altında qalıb.
AZƏRTAC xəbər verir ki, axşam saatlarında Kortala kənd sakini, 30 yaşlı Fərman Əfəndiyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstəriləndən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər motosiklet sürücüsünün komaya düşdüyünü və vəziyyətinin ağır olduğunu bildiriblər.
İlkin araşdırmalarla məlum olub ki, Fərman Əfəndiyev kənd ərazisində özünə məxsus motosikleti yüksək sürətlə idarə edib və idarəetməni itirməsi nəticəsində qəza baş verib.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
ADSEA nümayəndə heyəti Naxçıvanda işgüzar səfərdə olub
Qaxda “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib
Tərtərdə ağacəkmə aksiyası keçirilib
Naxçıvanda dövlət orqanlarını təmsil edən məsul əməkdaşlar üçün təlimlərə start verilib