Yakutiyada daşqınlar nəticəsində 4,8 min nəfər zərər çəkib
Bakı, 17 iyul, AZƏRTAC
Yakutiyada yaz daşqınları nəticəsində zərər çəkənlərin sayı təxminən 4,8 min nəfər təşkil edir.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu regionun rəhbəri Aysen Nikolaev “Rossiya-24” telekanalında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, artıq 229 milyon rubldan çox maddi və maliyyə yardımı kompensasiya məqsədilə vətəndaşların hesablarına köçürülüb. Ümumilikdə birdəfəlik maddi və maliyyə yardımı almaq üçün 9 mindən çox ərizə daxil olub.
Yaz daşqınları bölgə üçün əsas problemlərdən biri sayılır. Mayın 20-dən etibarən Yakutiyada fövqəladə vəziyyət rejimi elan edilib. Zərərin ilkin məbləği 2,9 milyard rubl təşkil edir.
Belarusda prezident seçkilərində erkən səsvermə başa çatıb, seçicilərin 41,81 faizi səs verib
Cənubi Koreya məhkəməsi Prezident Yun Sok Yolun həbs müddətini uzatmayıb
Almaniya əfqan miqrantların daha bir qrupunu tezliklə ölkələrinə geri göndərməyi planlaşdırır
Türkiyənin xarici işlər naziri sabah İraqa rəsmi səfər edəcək