DİM məşqçilik ixtisası üzrə imtahan verəcək abituriyentlərə müraciət edib
Bakı, 17 iyul, AZƏRTAC
Bakalavriat səviyyəsinin məşqçilik (61) ixtisasının idman növləri üzrə ixtisas imtahanında iştirak edəcək abituriyentlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, bina, lazımi sənədlər, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar əksini tapıb.
Xatırladaq ki, abituriyentlər (subbakalavrlar) imtahana gələrkən idman növü üzrə müvafiq geyim və ya zəruri avadanlıqları (varsa) gətirməlidirlər.
Qrafiklə buradan tanış ola bilərsiniz.
Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə edilir. Abituriyentlərə (subbakalavrlara) mütəmadi Dövlət İmtahan Mərkəzinin saytını izləmək tövsiyə olunur.
Qeyd edək ki, qış idman növləri ixtisasının və Naxçıvan Muxtar Respublikasında imtahan verəcək futbol, atletika və basketbol ixtisasları üzrə imtahana buraxılış vərəqələri yaxın vaxtlarda Mərkəzin saytında yerləşdiriləcək.
Ədəbiyyat Muzeyi bu gün 3500-ə yaxın ziyarətçini qəbul edib
Abituriyentlər BANM-in tədris prosesi barədə məlumatlandırılıb
Dillər Universitetində "Terrakota ordusu. Çinin ölməz döyüşçüləri" virtual sərgisi təşkil olunub
Naxçıvanda VI siniflər üzrə monitorinq keçirilib
Naxçıvanda “Yüksəliş” müsabiqəsinin Analitik təhlil imtahanı keçirilib VİDEO