Naxçıvanda əmlak xidmətlərinə müraciətlər kəskin artıb
Naxçıvan, 17 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vətəndaş məmnunluğunun təmin edilməsi, xidmətlər üzrə müraciətlərin operativ icrası, çevikliyin artırılması, vətəndaşlarla təmasların minimuma endirilməsi, vaxt itkisinin aradan qaldırılması üçün elektron xidmətlərin əhatə dairəsini genişləndirib.
Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari ilin 6 ayında göstərilən xidmətlər üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən 2438 elektron müraciət daxil olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 dəfə çoxdur.
Dmitri Sitkovetski: Azərbaycanda özümü evimdəki kimi hiss edirəm
Yeniyetmə voleybolçuların Azərbaycan birinciliyi keçirilir
Bu gündən Mingəçevir-Şuşa və əks istiqamətdə avtobus reysi fəaliyyətə başlayıb
Fərhad Bədəlbəyli: Bu soyuq qış günlərində musiqisevərlərə isti, xoş ovqat bəxş edəcəyik