ŞKTC parlamentinin spikeri: Qarabağ müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anırıq
Ankara, 17 iyul, AZƏRTAC
Türk dünyasının hansı hissəsində - Qarabağda, Anadoluda və ya Kiprdə şəhidlik zirvəsinə yüksəlməsindən asılı olmayaraq, bütün şəhidlərin xatirəsi bizim üçün eyni dərəcədə əzizdir.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 17-də Lefkoşada İkinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş əsnasında Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentinin spikeri Zorlu Töre bildirib.
“Biz canlarını fəda etmiş qəhrəmanların arasında fərq qoymuruq. Hər bir şəhidin, o cümlədən Qarabağ müharibəsi şəhidlərinin xatirəsini anmağa borcluyuq”, -deyə parlamentin sədri vurğulayıb.
Şimali Kipr parlamentinin spikeri diqqəti ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərə çəkib, Xocalı faciəsini soyqırımı aktı kimi qiymətləndirib.
Zorlu Töre qeyd edib ki, ermənilərin cinayətləri ilə bağlı təşkil edilən bütün tədbirlərdə iştirak etməyə çalışır.
Azərbaycandan gəlmiş qonaqlara müraciət edən ŞKTC parlamentinin sədri Lefkoşa ilə dialoqun genişləndirilməsinə, həmçinin Kipr türklərinin hüquqlarının qorunmasına göstərilən dəstəyə görə Azərbaycan xalqına və şəxsən Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Azərbaycan-Serbiya əməkdaşlığının perspektivləri müzakirə olunub
Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşüb
Azərbaycanla Qırğız Respublikası arasında statistika sahəsində əməkdaşlıq müzakirə olunub
Ceyhun Bayramov İsrailin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
Azərbaycanla Küveyt arasında siyasi məsləhətləşmələr keçirilib