×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 90-cı maddənin dördüncü hissəsi üzrə:
1.1. birinci cümlədə “Könüllü hərbi-vətənpərvərlik idman-texniki cəmiyyətindən (KHVİTC) başqa mülki” sözləri “Mülki” sözü ilə əvəz edilsin;
1.2. üçüncü cümlə çıxarılsın.
2. 171-ci maddənin birinci hissəsinin “b” bəndinin dördüncü abzasından “Azərbaycan Respublikasının KHVİTC-nin təhsil təşkilatlarında,” sözləri çıxarılsın.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 iyun 2024-cü il

Qanunlar 2024-07-17 10:56:00