Müdafiə Nazirliyinin rəhbər heyəti Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib VİDEO
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin Qazaxıstana səfəri davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti, qazaxıstanlı həmkarı general-polkovnik Ruslan Jaksılıkov və “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminin iştirakçı dövlətlərinin Müdafiə nazirliklərinin rəhbərlikləri ilə birgə Qazaxıstanın hərbi gəmilərindən birini ziyarət edib. Gəmi ilə səfər zamanı raket-artilleriya gəmisinin və heyətin əsas fəaliyyət istiqamətləri ilə bağlı müdafiə nazirlərinə məruzə edilib. Qonaqlar hərbi dənizçilərin nümunəvi çıxışlarını izləyiblər.
Sonra nümayəndələr Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Dalğıc mərkəzinə gələrək burada yaradılan şəraitlə tanış olub, silahlanmada olan kiçik və iriçaplı silahlara, texniki avadanlıqlara baxış keçiriblər.
Daha sonra hərbi hissələrdən biri ziyarət olunub. Qonaqlara burada yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib və hərbi hissənin ərazisindəki təlim trenajorları nümayiş etdirilib.
Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri nümayəndə heyətləri arasında görüş olub
Azərbaycan hərbçiləri “KURTARAN-2025” təlimlərində iştirak edəcək
Hərbi qulluqçumuz NATO Müdafiə Kollecinin Regional Əməkdaşlıq kursunu uğurla başa vurub
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
Hərbi vəzifəlilərin təlim toplanışında praktiki məşğələlərə xüsusi diqqət yetirilir