Gəncədə psixonevroloji sosial xidmət müəssisəsinin sakinləri arasında futbol yarışı təşkil edilib
Bakı, 16 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində 4 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinləri arasında futbol yarışı təşkil edilib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yarış sakinlərin asudə vaxtlarını səmərəli təşkil etmək və idmana olan marağını artırmaq məqsədilə keçirilib.
Maraqlı idman mübarizəsi şəraitində keçən yarış heç-heçə başa çatıb. Belə yarışların mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Sosial Xidmətlər Agentliyinin 4 saylı psixonevroloji sosial xidmət müəssisəsində 106 nəfər müvafiq xidmətlərlə təmin edilir. Müəssisədə psixonevroloji xəstəliklər nəticəsində əlilliyi müəyyən edilmiş, sosial xidmətə ehtiyacı olan 18 yaşdan yuxarı şəxslərə sosial-tibbi, sosial-məişət, sosial-hüquqi və digər zəruri xidmətlər göstərilir.
Kahramanmaraş sakinləri vilayətin bərpasına verdiyi töhfəyə görə Azərbaycana minnətdarlıq ediblər
Macarıstan Azərbaycanın su ehtiyatları ilə maraqlanır
Balaxanı neftçiləri Ümumdünya Əməyin Mühafizəsi Gününü qeyd ediblər