Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib
Bakı, 16 iyul, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov ilə İsrailin regional əməkdaşlıq naziri David Amsalemin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə münasibətlərində enerji sahəsində, o cümlədən karbohidrogen sektorunda əməkdaşlıqdan məmnunluq ifadə edilib. Bu xüsusda neft təchizatı, neft-kimya məhsullarının ticarəti və daunstrim layihələrində çoxillik əməkdaşlıq əlaqələri qeyd edilib, perspektivlər nəzərdən keçirilib.
Həmçinin Azərbaycanın hazırda ölkənin enerji balansında bərpaolunan enerjinin payının artırılmasına, bu enerji növünün də regionlararası yaşıl enerji dəhlizlərinin yaradılması ilə tədarükünə yönəlmiş layihələrindən danışılıb. Yaşıl enerji, eləcə də digər perspektivli sahələrdə əlaqələrin inkişafı üçün imkanlar dəyərləndirilib, dövlət-özəl sektorunun bu prosesə cəlbinin əhəmiyyətindən bəhs edilib.
Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib
Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib
Martın 19-20-də paytaxtdan bölgələrə 27800-dən çox sərnişin daşınıb
ADY rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib
SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb