×
A
A
A
Sazlamalar

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faiz artıb

Bakı, 16 iyul, AZƏRTAC

Cari ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 8 milyard 282 milyon 38,9 min manat təşkil edib.
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard 53,4 milyon manat vəsait daxil olub.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 874,7 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 675,3 milyon manat və ya 13 faiz artıb.
Ödənilən vergilərin 70,9 faizi qeyri-neft-qaz sektorunun, 29,1 faizi isə neft-qaz sektorunun payına düşüb.

İqtisadiyyat 2024-07-16 16:28:00