×
A
A
A
Sazlamalar

COP29 tədbiri Azərbaycan Premyer Liqasının oyunlarına təsir etməyəcək

Bakı, 16 iyul, AZƏRTAC

Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbiri futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarına təsir etməyəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov Premyer Liqanın püşkatma mərasimində çıxışı zamanı deyib.
PFL rəsmisi bildirib ki, həmin müddətdə ölkədə futbol yarışı keçirilməyəcək: “Bu məsələ ötən mövsümün gedişindən müzakirə edilir. COP29 zamanı I Liqa, II Liqa, Əvəzedicilər Liqası və Azərbaycan Kubokunun matçları baş tutmayacaq. Premyer Liqaya gəldikdə, həmin vaxt milli komandaların görüşlərinə görə çempionatda fasilə olacaq. Bir sözlə, COP29-un Azərbaycan Premyer Liqasına hər hansı təsiri olmayacaq. Bütün bunlar təqvimdə öz əksini tapacaq”.
Qeyd edək ki, COP29 tədbiri noyabrın 11-dən 22-dək keçiriləcək.

İdman 2024-07-16 15:54:00