“Birləşdik – 2024” təlim çərçivəsində bir sıra tədbirlər keçirilib
Bakı, 16 iyul, AZƏRTAC
“Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimi çərçivəsində “Бағдар” taktiki səmti müəyyənetmə, atıcılıq və bir sıra idman növləri üzrə yarışlar, həmçinin hərbi qulluqçuların mədəni-asudə vaxtının səmərəli təşkili məqsədilə digər tədbirlər təşkil edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yarışlarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan respublikalarının hərbi qulluqçuları güclərini sınayıblar.
Yarışların nəticəsinə əsasən, qaliblərə kuboklar, medallar, Fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
Sonda təlim iştirakçıları üçün konsert proqramı təşkil edilib.
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir VİDEO
Goran Təlim Mərkəzində yararsız döyüş sursatları məhv ediləcək
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı video yayıb VİDEO
Azərbaycanın Türkiyə, İtaliya və Macarıstanla hərbi əməkdaşlığının perspektivləri müzakirə olunub