Qazaxıstan Ali Audit Palatası ilə dövlət investisiyalarının auditi mövzusunda təcrübə mübadiləsi aparılıb
Bakı, 16 iyul, AZƏRTAC
Qazaxıstanın Ali Audit Palatasının nümayəndə heyətinin Bakıya işgüzar səfəri çərçivəsində dövlət investisiyalarının auditi mövzusunda qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
AZƏRTAC Hesablama Palatasına istinadla xəbər verir ki, seminarda çıxış edən Qazaxıstan Ali Audit Palatasının nümayəndəsi bildirib ki, Ali Audit Palatasının səlahiyyətlərinin genişləndirilməsi qabaqcıl xarici təcrübənin, beynəlxalq standartların davamlı şəkildə tətbiqini, habelə dövlət auditorlarının ixtisaslarının sistemli şəkildə təkmilləşdirilməsini tələb edir və bu baxımdan Azərbaycan Hesablama Palatasının təcrübəsi onlar üçün maraqlıdır.
Daha sonra Qazaxıstan Ali Audit Palatasının nümayəndələri dövlət investisiyalarının auditinin metodologiyası və praktikasından danışıblar. Təqdimat zamanı xüsusilə, investisiya layihələrinin effektivliyinin auditinin meyar və göstəricilərinin müəyyən edilməsi, onun həyata keçirilməsinin xüsusiyyətləri, eləcə də auditin keyfiyyətinə nəzarət kimi mövzulara toxunulub.
Öz növbəsində Azərbaycan Hesablama Palatasının nümayəndələri də dövlət investisiyalarının auditinin uyğunluq və maliyyə aspektlərindən bəhs edərək, bu auditlərin keçirilməsi zamanı diqqət yetirilən məsələləri qeyd ediblər.
Seminar iki ölkənin Ali Audit Orqanları arasında 2024-2026-cı illər üzrə ikitərəfli əməkdaşlıq istiqamətlərini müəyyən edən Tədbirlər Planı çərçivəsində təşkil olunub.
Azərbaycan-Sloveniya biznes-forumu keçirilib
Daha 5 şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Azərbaycan və Özbəkistan birgə layihələrin icrası barədə fikir mübadiləsi aparıb
Azərbaycanlı və türkiyəli sahibkarlar Türkmənistanda vafli parça alırlar