Avropa Kuboku: Azərbaycanın kişi həndbol komandalarının rəqibləri bəlli olub
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək kişi həndbol komandalarının rəqibləri bəlli olub.
AZƏRTAC xəbər verir ki, “Kür” Kiprin “Stravolo”, “Bakı” isə Monteneqronun “Lofçen Çetinye” klubu ilə üz-üzə gələcək. Azərbaycanın hər iki təmsilçisi turnirə ikinci mərhələdən qoşulacaq.
İlk oyunlar oktyabrın 19-20-də, cavab qarşılaşmaları isə 26-27-də keçiriləcək.
Mbappe Çempionlar Liqasında ən çox qol vuran ikinci fransalı futbolçu olub
“Fənərbağça” futbolçusunu İngiltərə klubuna icarəyə verib
“Qarabağ”ın sabiq futbolçusu dünyanın ən sərrast hücumçuları arasında