×
A
A
A
Sazlamalar

Səhiyyə Nazirliyi: Aşura günü könüllü qanvermə aksiyalarında 1040 litr qan tədarük olunub YENİLƏNİB VİDEO

Bakı, 16 iyul, AZƏRTAC

Qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü könüllü qanvermə aksiyaları keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə aksiya zamanı Bakı şəhəri üzrə 1378, respublikanın digər şəhər və rayonları üzrə isə 935 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən ümumilikdə 1040 litr qan tədarük olunub.

X X X

Qana ehtiyacı olan xəstələrə yardım məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü könüllü qanvermə aksiyaları keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, saat 12:00-a olan məlumata əsasən, Bakı şəhəri üzrə 815, respublikanın digər şəhər və rayonları üzrə isə 542 nəfər könüllü olaraq qan verib. Həmin şəxslərdən ümumilikdə 611 litr qan tədarük olunub.
Qanvermə aksiyaları respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanlarda keçirilir.
Aksiyalar səhər 9:00-dan başlayıb.

Cəmiyyət 2024-07-16 17:27:00

Video