Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başlayıb
Bakı, 16 iyul, AZƏRTAC
Güzəştli mənzil əldə etmək istəyən vətəndaşların rahatlığını təmin etmək, “Güzəştli mənzil” elektron sistemindən istifadə ilə bağlı sualları cavablandırmaq, habelə elektron sistem vasitəsilə müraciətlərin təqdim edilməsində köməklik göstərmək məqsədilə iyulun 3-dən etibarən Lənkəran şəhərində yerləşən “ASAN xidmət” mərkəzində də “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başlayıb.
Bu barədə AZƏRTAC-a Mənzil İnşaatı Dövlət Agentliyindən bildirilib.
Paralel olaraq, Bakı şəhərində yerləşən 5 saylı “ASAN xidmət”, regionlarda isə 1 saylı Sumqayıt və 1 saylı Gəncə “ASAN xidmət” mərkəzində güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslərin kateqoriyaları, “Güzəştli mənzil” elektron sistemi və mövzu ilə əlaqədar digər məsələlərlə bağlı vətəndaşları maraqlandıran sualların cavablandırılması işi davam etdirilir.
Bununla yanaşı, “ASAN xidmət”in Çağrı Mərkəzi, habelə MİDA-nın feysbuk, instaqram və yutub sosial şəbəkələrində müvafiq səhifələri vasitəsilə də vətəndaşlara xidmət göstərilir. Onlar “ASAN xidmət” mərkəzlərinə gəlmədən ölkənin istənilən regionundan “108” nömrəsinə zəng edərək və ya sosial şəbəkələrdəki səhifələrə onlayn müraciət edərək suallarına cavab tapa bilərlər.
Diplomatik xidmət orqanlarının rəhbərləri Şuşa şəhəri ilə tanış olublar VİDEO
Saatlıda “Qərbi Azərbaycan irsi” kitabının təqdimat mərasimi keçirilib
Naxçıvanda iyul ayının pensiya ödənişləri başa çatdırılıb
Abşeron rayonunda “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olub