Metyu Miller: Biz Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanırıq
Vaşinqton, 16 iyul, AZƏRTAC
“Dövlət katibi Antoni Blinkenin də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü zamanı açılışda dediyi kimi tərəflər inanılmaz irəliləyiş əldə ediblər və uzun yol qət ediblər”.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransı zamanı deyib. O bildirib ki, ABŞ-ın davam edə biləcək işi onları irəli addımlamağa sövq etməkdir. “Sülh sazişi hər iki xalq və ümumilikdə regionda sülh, stabillik və təhlükəsizlik üçün çox vacibdir. Biz inanırıq ki, sülh mümkündür, lakin bu tərəflərin çətin qərarlar qəbul etməsini, kompromisə getməsini tələb edir. Bu son fikir ayrılığını həll etmək və sazişə nail olmaq üçün tərəflərə təkan verməyə davam edəcəyik”, - deyə Dövlət Departamentinin rəsmisi bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
YAP-ın İdarə Heyətinin iclasında 2024-cü il üzrə maliyyə hesabatı təqdim olunub
Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edilib