Naxçıvanda kommersiya qurumlarının 61,3 faizi elektron qaydada qeydiyyata alınıb
Naxçıvan, 15 iyul, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 3567 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, onların 3404-ü fiziki, 163-ü isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 20,6 faiz artıb.
Cari ilin 6 ayında kommersiya qurumlarının 61,3 faizi elektron qaydada, 38,7 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.
Sabirabadda yol qəzası baş verib, xəsarət alan var
Polşalı musiqiçilər “Qış nağılı” festivalında
Xıdır Nəbi bayramının özünəməxsus şəkildə qeyd olunduğu kənddən REPORTAJ VİDEO