Şuşada “Qarabağ tarixi fotolarda” adlı sərgi açılıb
Şuşa, 15 iyul, AZƏRTAC
Şuşa şəhərində "Qarabağ tarixi fotolarda" adlı sərgi işə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə 1880-1970-ci illərdə Qarabağda azərbaycanlı fotoqraflarla yanaşı, ölkəmizdə yaşamış rus, yəhudi əsilli fotoqraflar tərəfindən çəkilmiş və bu zamana qədər heç yerdə nümayiş olunmamış nadir şəkillər yer alır.
Fotolar fondda şüşə neqativlərdə saxlanılmış, bərpa və konservasiya edilmiş və rəqəmsallaşdırılmışdır.
Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi tərəfindən Xanlıq Muxtar Karvansarasında (“Güllü bağça” ilə üzbəüz) təşkil edilən sərgi avqustun 12-dək davam edəcək.
Qeyd edək ki, fotolar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinin fonduna məxsusdur.
Zaqatalada avtomobil piyadanı vurub
Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var
Laçınlı şagirdlər bilik yarışında iştirak ediblər
Naxçıvanda may ayı üzrə bütün növ sosial müavinətlər ödənilib
Naxçıvanda daha iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb