“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsi istehsalçılardan 294 ton yaş tütün qəbul edib
Zaqatala, 15 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən bu il Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 356,5 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Hazırda şirkətin Zaqatala rayonunda fəaliyyət göstərən tütünqurutma məntəqəsində fermerlərdən yaş tütünün qəbulu davam edir. İndiyədək məntəqəyə istehsalçılardan 294 tondan çox yaş tütün kütləsi daxil olub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə “Zaqatala AGRO İndustry” MMC-dən məlumat verilib.
Bildirilib ki, tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 38 fermerlə müqavilə bağlanılıb. Qax rayonundan fermer Rahib Əliyev indiyədək qəbul məntəqəsinə 25,7 ton, Füzuli Əliyev 18,9 ton, Elmir Ramazanov 15 ton, Şəkidən fermer Elxan Hacıəliyev 17,9 ton, Orxan Məmmədov 13,3 ton, Zaqataladan Akif Kələşov 15,8 ton, Məftun İsmayılov 14,6 ton, Balakəndən Nurlan Əhmədov isə 18,6 ton yaş tütün təhvil veriblər. İndiyədək təhvil verilən yaş tütünün 72,5 tonu birinci, 219,4 tonu ikinci, qalanı isə üçüncü növdür. Yaş tütünün hər kiloqramına görə fermerlərə I növ üzrə 35 qəpik, II növ üzrə 25 qəpik, III növ üzrə isə 22 qəpik ödənilir.
Hazırda “Tet İnternational Development” şirkətinin Azərbaycanda 4 tütünqurutma müəssisəsi var. Bu müəssisələr Oğuz, Tovuz, Şəki və Zaqatala rayonlarında yerləşir. “Zaqatala AGRO İndustry” MMC-nin tütünqurutma məntəqəsi bu müəssisələr içərisində ən böyüyüdür. Bu məntəqədə 120 tütünqurutma kamerası quraşdırılıb.
“Sağlamlığa doğru qaç!” adlı layihəyə Hacıqabulda start verilib
Şərurda fermada, Kəngərlidə yaşayış evində yanğın olub
Şəki teatrı bayram günlərində uşaqları əyləncəli proqramla sevindirir
Mingəçevirdə evdə qaz sızması ölümlə nəticələnib
Tələbələr rozmarin bitkisinin yaşıl qələmlərinin kütləvi çoxaldılması işinə başlayıblar VİDEO