Neftçalada Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü ilə bağlı tədbir keçirilib
Neftçala, 14 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Neftçala rayonunda Ulu Öndər Heydər Əliyevin 14 iyul 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gəlişinin 55 illiyi ilə bağlı “14 İyul 1969-cu il: Qüdrətli. Azərbaycanımızın uğurlu təməl tarixi” mövzusunda görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin rəhbərliyi və məsul şəxslər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Çıxış edənlər 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gələrək Azərbaycanı ağır vəziyyətdən, böhrandan çıxarmasından söhbət açıblar. Bildirilib ki, Ulu Öndərin Azərbaycanda 55 il öncə birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixində oynadığı misilsiz rolu ilə daim xatırlanır və bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünəqayıdış tarixidir. Dünyaşöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün birinci mərhələsi də xalqın yaddaşında respublikamızda nəinki iqtisadi yüksəliş, eyni zamanda quruculuq, abadlaşma, yeni yaşayış məskənlərinin salınması, əhalinin mənzil şəraitinin yaxşılaşdırılması və məişət mədəniyyətinin yüksəldilməsi dövrü kimi qalıb. Həmin illərdə də istər kənd yerlərində, istərsə də şəhərlərdə əhalinin xeyli hissəsinin mənzil-məişət şəraiti yaxşılaşıb, yeni yaşayış massivləri tikilib, fərdi evlərin sayı çoxalıb, insanların maddi rifahı xeyli yüksəldilib. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Şəki festivalında Qazaxıstan teatrı tamaşaçılara Bəxtiyar Vahabzadənin əsərini təqdim edib
Göyçayda sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası keçirilir
Naxçıvanda baytarlıq apteklərində mənşəyi məlum olmayan preparatlar aşkarlanıb
Naxçıvan Muxtar Respublikasında bu ilin 9 ayında 1621 yeni iş yeri açılıb