×
A
A
A
Sazlamalar

“Sumqayıt” heyətinə yeni hücumçu qatıb

Bakı, 13 iyul, AZƏRTAC

Yeni mövsüm üçün transferlərini davam etdirən “Sumqayıt” heyətini daha bir futbolçu ilə gücləndirib.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son olaraq Xorvatiyanın “Qoritsa” klubunda çıxış etmiş Nikola Vuynoviç ilə 1+2 illik müqavilə imzalayıb. 27 yaşlı hücumçu 9 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, “Sumqayıt” bunadək Rəhim Sadıxov, Fernando Medeiros və Slavişa Radoviçin keçidini rəsmiləşdirib.

İdman 2024-07-13 22:50:00