Türkiyədə 15 iyul qəhrəmanlarının xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçiriləcək
Ankara, 13 iyul, AZƏRTAC
Türkiyədə qeyd edilən Demokratiya və Milli Birlik Günü ilə əlaqədar olaraq iyulun 15-də müxtəlif şəhərlərdə “Millətin qələbəsi” şüarı altında çoxsaylı tədbirlər keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Ankarada Türkiyə Prezidenti Administrasiyasında hakimiyyətin zorakılıqla ələ keçirilməsi cəhdinin qarşısının alınmasının səkkizinci ildönümündə təntənəli tədbir təşkil olunacaq. İştirakçılar Fetullah Gülen (FETÖ) terror təşkilatının tərəfdarları ilə mübarizədə həyatlarını qurban vermiş 252 vətəndaşın xatirəsini yad edəcəklər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbir iştirakçılarına müraciət edib.
15 iyul 2016-cı il tarixli hadisələrlə bağlı tamaşa nümayiş etdiriləcək.
Türkiyənin Milli Müdafiə Nazirliyinin “Mehteran” orkestri, tanınmış incəsənət xadimləri Uğur Işılak, Ceyhun Çelikten, Mustafa Yıldızdoğan, eləcə də Azərbaycanın Xalq artisti Azərinin çıxışı planlaşdırılır.
Qeyd edək ki, 15 iyul Türkiyədə qeyri-iş günüdür.
İtaliyada nəqliyyat işçiləri tətil edirlər
Papa Fransisk Korsika adasına apostol səfərinə gedir
Zelenski: Ukrayna ərazisinə 93 raket və 200-ə yaxın dronla kütləvi hava hücumu olub
Kanada ABŞ-a ixrac olunan neft və urana vergi tətbiq edə bilər