Avropa Universitet Oyunları: Azərbaycan şahmatçıları blits yarışlarında gümüş medal qazanıblar
Bakı, 13 iyul, AZƏRTAC
Azərbaycan şahmatçıları Macarıstanın Miskolk şəhərində tələbələr arasında keçirilən 5-ci Avropa Universitet Oyunlarında gümüş medal qazanıblar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasını təmsil edən Vüqar Manafovla Elmar Atakişiyevdən ibarət komanda blits yarışlarında fəxri kürsünün ikinci pilləsinə qalxıblar.
Onlar daha əvvəl şahmatın rapid növündə 17 komanda arasında birinci yeri tutublar.
İtaliya A Seriyası: "Yuventus" doğma meydanda "Milan"ı məğlub edib
“Bavariya” Bundesliqanın 18-ci turunda “Volfsburq”u məğlub edib
Premyer Liqa: "Liverpul" çempionluq yolunda vacib qələbə qazanıb
Misli Premyer Liqası: "Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub