MSK “Ekspert qruplarının üzvləri üçün yaddaş” kitabçası hazırlayıb
Bakı, 13 iyul, AZƏRTAC
Mərkəzi Seçki Komissiyası 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası hazırlayıb.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında əsas məqsəd seçki hüququ ilə bağlı müraciətlərin araşdırılması, vətəndaşların konstitusion hüquqlarının daha səmərəli təmin olunması üçün dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinə metodiki köməyin göstərilməsi, məlumatlarının artırılması və peşəkarlıqlarının daha da təkmilləşdirilməsidir.
Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunan kitabçada seçki hüququ ilə bağlı müraciətlərin araşdırılması, habelə müvafiq rəy və qərar layihələrinin hazırlanması prosedurları aydın və müfəssəl şəkildə əks olunub.
“Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası dairə seçki komissiyalarına paylanılıb, həmçinin Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində (www.msk.gov.az) də yerləşdirilib.
Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib
Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb
Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb