Qubanın Zərdabi qəsəbəsində qanunsuz inşa olunan tikili sökülüb VİDEO
Bakı, 13 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq, respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Quba rayonunun Zərdabi qəsəbəsi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb.
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Quba Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
Könüllülərin iştirakı ilə Novruz bayramına həsr olunmuş “Xonça Fest” keçirilib
Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
“Uşaqların dünyaya alternativ baxışı” devizi altında “Alter Eco” sərgisinin açılışı olub
Novruz bayramı günündə Abşeron rayonunda şəhidlərimizin məzarları və ailələri ziyarət edilib