İsrail mətbuatında Ermənistandakı antisemitizmi ifşa edən məqalə yayımlanıb
Bakı, 5 iyul, AZƏRTAC
Əhalisinin 58 faizi antisemit təfəkküründə olan Ermənistan postsovet məkanında bu göstəriciyə görə ön sıradadır.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu fikir Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış siyasi şərhçi və jurnalist Reyçel Avrahamın İsrailin populyar “Israel HaYom” nəşrində dərc olunmuş “Antisemitizm bütün dünyada nəzarətdən çıxır” sərlövhəli məqaləsində yer alıb.
Məqalədə, həmçinin Ermənistanda son dövrlərdə güclənən antisemit dalğası fonunda Avropanın ən böyük ravvin təşkilatlarından biri olan Avropa Ravvinləri Konfransının prezidentinin Ermənistan hakimiyyətindən ASALA-nın üzvlərinin həbs olunması və ölkədəki yəhudi icmasının təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı tələblərinə də diqqət çəkilib.
Yazıda Avropa Ravvinləri Konfransının bu xüsusda Ermənistan hakimiyyətinə xəbərdarlığı da yer alıb: “Əgər lazımi cavab verilməsə və yəhudi qanı küçələrdə tökülməkdə davam edərsə, məsuliyyət Ermənistan hökumətinin başçısının üzərinə düşəcək”.
R.Abraham qeyd edir ki, xəbərdarlığa baxmayaraq, İrəvandakı sinaqoqa dəfələrlə edilən hücumlarla bağlı heç kəs cinayət məsuliyyətinə cəlb edilməyib. Yazıda həmçinin İsrailin Ermənistandakı səfiri Coel Lionun Ermənistan hökumətini antisemitizmin bütün formalarını pisləməyə, sözügedən cinayətləri hərtərəfli araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırdığı da diqqətə çatdırılıb.
Rotterdamda Benilüks Azərbaycanlıları Konqresinin VI Qurultayı keçirilib
Kolorado ştatında yaşayan soydaşlarımız yeni diaspor təşkilatı yaradıblar
Amsterdamda Zəfər Gününə həsr edilmiş tədbir keçirilib
Oslo Azərbaycan Evinin sədri: Azərbaycan yaşıl enerjiyə keçidi sürətləndirir